ÇAĞRI MƏRKƏZİ

Haqqında

Haqqında

NEP şirkəti 1993-cü ildə Azərbaycan Respublikasında qurulmuşdur. Qurulduğu gündən NEP şirkəti istehsalat və kommersiya fəaliyyəti ilə məşğul olub. 1997-ci ildən NEP isitmə, soyutma və havalandırma sistemlərinin və avadanlıqlarının satışı, quraşdırılması və satışdan sonra xidməti sahəsində qabaqcıl şirkətlərdən biridir. NEP bu müddət ərzində həm pərakəndə və projelərə satiş sahəsində, həm də layihələrin icrasında böyük uğurlar qazanmışdır. Bu illər ərzində şirkətimiz ölkə iqtisadiyyatının sürətli inkişafının nəticəsi olaraq böyüməkdə olan özəl sektorun daha da inkişaf etməsində iştirak etməkdədir.

NEP şirkəti dünyanın bir çox tanınmış şirkətlərinin Azərbaycanda distribütorluq fəliyətindədir.Belə ki, dünyada No 1 isitmə, soyutma və havalandırma sistemlərinin və avadanlıqlarının istehsalçısı olan DAİKİN (Yaponya), Avropanın ən böyük sulu soyutma sistemlərinin istehsalçısı AERMEC (İtalya), dünyaca məşhur HAİER (Çin) və bir çox başqa şirkətlərin Azərbaycanda rəsmi nümayəndəsi olmaqla bunların satışı, quraşdırılması və satışdan sonrakı xidməti ilə məşğuldur.

NEP şirkətimiz 20 ildən artıq fəaliyyəti ərzində yerli kondensionerləşdirmə, isitmə və soyutma sistemləri bazarında tanınmış mexanik firmalar arasında yüksək bir pilləyə qalxmışdır.

NEP şirkətinin fəaliyyətinin əsas istiqaməti:
  • Projelərə və fərdlərə split, multi split, VRV, Rooftop, Çiller və s. başqa sistemlərin satışı işləri
  • İnşaat və quraşdırma işləri
  • İnşaat daxili mexanik işləri
  • İnşaat daxili elektrik işləri
  • İnşaat daxili yanğın sistemləri
  • Havalandırma və tüstü xaricetmə işləri
  • Sənaye tip obyektlərin inşaatı
  • Sənaye tip obyektlərin elektro-mexanik işləri
  • Havalandırma və tüstü qovma işləri
  • Soyuducu və saxlama kameralarının quraşdırması
  • İstilik Qazanxanaları, yüksək təzyiqli buxar qazanlarının quraşdırılması
  • Nasosxanalarin quraşdırılmasi işləri
  • Bina otomosyon sistemi işləri
  • Mexanik və iç memarlıq proje işləri və s. işlər


NEP şirkəti Azərbaycanda və ölkə xaricində bir çox inşaat, mexanik və elektrik lahiyələrinin müəllifidir.

İxtisaslaşmış mühəndis və mütəxəssislərdən ibarət heyətimiz işinə daim məsuliyyətlə yanaşır və keyfiyyətli xidmət göstərməyə çalışır.
Müştərilərimizə daim yüksək keyfiyyətli, təhlükəsiz və operativ xidmət göstərmək əsas hədəfimizdir. Ən müasir isitmə-soyutma sistemlərinin təhlükəsiz və keyfiyyətli formada qurulması işimizin xüsusi hissəsidir. Peşəkar komandamız ən son avadanlıqlarla təchiz olunub.